RU
İki taekvondoçu Qran Pri üçün açıqlanan Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb
11:35
572

İki taekvondoçu Qran Pri üçün açıqlanan Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Bakıda keçiriləcək taekvondo üzrə Qran Prinin final mərhələsi üçün açıqlanan Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində dəyişiklik edilib.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev açıqlama verib. 

O bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizə aparmış zərif cins nümayəndələri Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) son anda heyətdən çıxarılıb: "Hər iki idmançının yarışda iştirakı gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, Abakarovanın ayaq, Əzizovanın bel nahiyəsində zədələrin tam keçmədiyi aşkarlandı. Nəticədə onların turnirdə iştirakları məqbul sayılmadı".

Beləliklə, Qran Prinin finalında Azərbaycanı yalnız Yaprak Eriş (57 kq) təmsil edəcək.

Qeyd edək ki, komandalararası dünya çempionatı üçün açıqlanan heyətdə dəyişiklik baş verməyib./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ