RU
İki tikə donuz ətinə görə anasını öldürdü
17:00
520

İki tikə donuz ətinə görə anasını öldürdü

Rusiyanın Xabarovsk vilayətində 28 yaşlı V.Matveyev qətldə suçlanaraq həbs olunub. O, iki tikə donuz ətinə görə anasını öldürməkdə şübhəli bilinir.

7News.Az milli.az-a istinadən bildirir ki, mənzildə ailə üzvləri və qohumlar yeyib-içirdilər. Araq qurtaranda 28 yaşlı Matveyev yatmağa gedib. Onun anası Klavdiya Matveyeva isə "məclis"i davam etdirmək istəyib. Evdə pul olmadığından qadın masadakı iki iri donuz tikəsini - "rulka"nı polietilen paketə qoyaraq satmağa aparmaq, pula da araq almaq fikrinə düşüb.

Bu an ayılan V.Matveyev anasını yerə yıxıb, dizi ilə onun başından vurub.

Qadın xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
 

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ