RU
İki uşaq anası intihar etdi, yoxsa?..
21:07
1419

İki uşaq anası intihar etdi, yoxsa?..

Sumqayıtda müəmmalı ölüm hadisəsi baş verib.

7news.Az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan ans press-ə verilən məlumata görə, şəhərin 6-cı mikrorayon, ev 2, mənzil 6 ünvanında yaşayan 1980-cı il təvəllüdlü Nuranə Qasımova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan da Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. 36 yaşlı şəxsə tibbi yardım göstərilməsinə baxmayaraq N. Qasımova xəstəxanada dünyasını dəyişib.

Prokurorluqdan hazırda onun ehtiyatsızlıqdan, yaxud intihar məqsədi ilə sirkə turşusu içdiyinin araşdırıldığını bildirdilər. Amma saytın əldə etdiyi məlumata görə, qadın intihar məqsədi ilə belə bir addım atıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Nuranə Qasımova iki uşaq anasıdır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ