Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya” İstehsalat Birliyi Sumqayıtda "Etilen-Polietilen” zavodunun yenilənməsi və rekonstruksiyası çərçivəsində iki yeni müqavilə imzalayıb.
Layihələndirmə, tikinti və satınalma barədə müqavilə İtaliyanın "Technip Italy" şirkəti ilə imzalanıb.
Layihənin idarə olunması ilə bağlı məsləhət xidmətləri barədə müqavilə isə "SOCAR-KBR" birgə müəssisəsi ilə imzalanıb.
Rekonstruksiya layihəsi mərhələli şəkildə 2019-cu ilədək davam edəcək.
7News.az







