RU
İkinci Dünya müharibəsi barədə ilk xəbər verən jurnalist vəfat edib
22:30
263

İkinci Dünya müharibəsi barədə ilk xəbər verən jurnalist vəfat edib

İkinci Dünya müharibəsinin başlanması barədə ilk məlumat verən britaniyalı jurnalist Kleyr Hollinqvors vəfat edib.

7news.Az-ın BBC-yə istinadən xəbərinə görə, Kler Hollinqvors 106 yaşında dünyasını dəyişib.

K.Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən  iki ölkənin sərhədində Almaniya ordusunun toplaşdığı barədə xəbər yayıb. 

Jurnalist fəaliyyətinə başlamazdan əvvəl o Hitler Almaniyasını tərk etmək üçün minlərlə insana britaniya vizasının almaqda kömək edirdi.

1911-ci ildə doğulan K.Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist işləyib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ