"Vaqner" özəl hərbi dəstəsi Moskva şossesində onlara hücum edən helikopteri məhv edib.
7News.Az APA-ya istinadən bildirir ki, bunu "Vaqner" şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
O, 25 min döyüşçünün hamısının ölməyə hazır olduğunu bildirib.
"Hər kəsə bir daha xəbərdarlıq edirəm: biz bunu təhlükə kimi qəbul edib ətrafdakı hər şeyi məhv edəcəyik. Bizi məhv etmək olmaz. Hədəflərimiz var, hamımız ölməyə hazırıq", - deyə o bildirib.
7News.Az








