Moskva metrosunda dodağı boyalı, parik və çəhrayı paltar geymiş saqqallı kişi sosial şəbəkələrə "səs salıb".
7News.Az-ın moslenta.ru-ya istinadən verdiyi xəbərə görə, metro sərnişininin fotosu "Twitter"-də dərc edilib.
Müəllif şəkili "Bəs deyirlər, təkcə Avropadadır... Moskva metrosu. 27.10" sözlərilə şərh edib.
Konçita Vürst - Avstriya müğənnisi Tom Noyvirtin səhnə obrazıdır. 2014-cü ildə sənətçi Kopenhagendə keçirilən "Eurovision" musiqi yarışmasında qalib gələrək dünya sensasiyasına çevrilib. 2018-ci ildə Noyvirt qadın alter-eqosundan imtina edib.
7News.Az








