Kiyev müharibənin yeddinci günündə daha da pisləşə biləcək vəziyyətə hazırlaşır: Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtında obyektlərə "dəqiq zərbələr" endirmək planlarını açıqlayıb, teleqüllə sıradan çıxıb, ölənlər var.
7News.Az Euronews-ə istinadən bildirir ki, Kiyevin yaxınlığında Rusiya zirehli texnikasının yüksək konsentrasiyası barədə xəbərlər yayılıb və Rusiya komandanlığı mülki əhalinin şəhəri tərk edə biləcəyi barədə məlumat verib.
BMT, Ukraynanın işğalından sonra 6 gün ərzində onlarla insanın öldüyünü və yaralandığını bildirərək, onların əllərində olan rəqəmlərin aşağı ola biləcəyini qeyd edib.
Rusiya tərəfi sırf hərbi hədəflərə zərbələr endirdiyini iddia edir.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu bu günə planlaşdırılıb. İlk görüş fevralın 28-də Belarusda baş tutub. "Biz dialoqun tərəfdarıyıq" deyən prezident Zelenski məsləhətləşmələr ərəfəsində deyib: "Yalnız əvvəlcə insanları bombalamağı dayandırmalı, sonra danışıqlara başlamalıyıq".
Kiyev və Ukraynanın digər şəhərlərində ərazi müdafiəsi gücləndirilir. Eyni zamanda, əsasən qadın və uşaqlar olan qaçqınların sayı artır.
7News.Az








