RU
İl ərzində 848 nəfər qida zəhərlənməsindən ölüb
12:06
250

İl ərzində 848 nəfər qida zəhərlənməsindən ölüb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ərazisində 605 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 848 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 21 botulizm hadisəsi nəticəsində 39 nəfər botulizmlə xəstələnib. Bu il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub./olke.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ