“Cari ilin ilk iki ayı ərzində Müəllif Hüquqları Agentliyinə pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi ilə bağlı bir müraciət daxil olub”.
Agentliyin əsərlərin qeydiyyatı və hüquq şöbəsindən 7News.Az-a verilən məlumata görə, hazırda həmin müraciətlə bağlı iş aparılır.
Müəllif Hüquqları Agentliyindən onu da bildiriblər ki, cari ilin yanvar-fevral aylarında televiziya proqramlarının müəllifliyi ilə bağlı şikayət daxil olmayıb.








