RU
İlham Əliyev AFFA-ya 2 milyon manat ayırdı
20:02
878

İlham Əliyev AFFA-ya 2 milyon manat ayırdı

Maliyyə Nazirliyinə tapşırıq verildi.

Azərbaycan Prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

7news.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ