RU
İlham Əliyev: Azərbaycan xalqı Türkiyə xalqının yanındadır
18:57
338

İlham Əliyev: Azərbaycan xalqı Türkiyə xalqının yanındadır

Dövlət başçısı Türkiyə prezidentinə zəng edib.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

7news.az-ın xəbərinə görə, dövlət başçısı Ankarada baş vermiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın tələf olması və yaralanması xəbərindən dərin sarsıntı hissi keçirdiyini bildirib, ölənlərin ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı çatdırıb.

Prezident İlham Əliyev bu ağır dəqiqələrdə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bir daha vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ