Novruz Məmmədov “tvit” yazıb.
Prezident İlham Əliyev britaniyalı memar Zaha Hadidin vəfatı münasibətilə başsağlığı verir.
7News.Az-ın məlumatına görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Twitter hesabında yazıb.
Xatırladaq ki, dünya şöhrətli memar Zaha Hadid 2 gün əvvəl Mayamidə 65 yaşında ürək tutmasından vəfat edib. O, dünyada bir sıra memarlıq işləri ilə yanaşı, Heydər Əliyev Mərkəzinin memarıdır.








