RU
İlham Əliyev Belarusdadır
10:02
404

İlham Əliyev Belarusdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər.

Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ