"Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var".
Bu rəqəmləri Prezident İlham Əliyev Mingəçevir şəhərində yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində səsləndirib.
"Hazırda iki stansiya - 470 meqavatlıq günəş və külək elektrik stansiyaları inşa edilir. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir”, - deyə dövlət başçısı bildirib.
Bu gün böyük və önəmli layihənin təməlinin qoyulduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: "Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır”.








