RU
İlham Əliyev BMT nümayəndəsini təltif etdi
19:00
962

İlham Əliyev BMT nümayəndəsini təltif etdi

Prezident sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

7news.Az-ın xəbər verir ki, dövlət başçısı Nasir Əbdüləziz Əl-Nasiri bu ordenlə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə təltif edib.

----

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.

7News.Az xəbər verir ki, dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin Azərbaycanın yaxın dostu olduğunu, BMT-Azərbaycan tərəfdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynadığını deyib.

Prezident Abdulaziz Al-Nasserin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ