RU
İlham Əliyev büdcədən 700 min manat ayırdı
19:19
406

İlham Əliyev büdcədən 700 min manat ayırdı

Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

7news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, 15 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ