"Rusiyanın Baş naziri Dmitri Medvedevin Bakıya bugünkü səfərini Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi nəzərdən keçiririk". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Baş naziri Dmitri Medvedev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında deyib.
İlham Əliyev bildirib: "Sizin səfərinizə böyük önəm veririk. Bu gün geniş tərkibdə danışıqlarda və təkbətək görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin vacib məsələlərini, regional problemləri müzakirə etdik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri, xüsusən bu yaxınlarda münaqişə zonasında eskalasiya nəzərə alınmaqla ətraflı müzakirə etdik".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevin Bakıda rəsmi səfərdə olmasını çox yüksək qiymətləndirir: "Mən Dmitri Anatolyeviçi Azərbaycana səfərə dəvət etmişdim. Bilirəm ki, səfər onun planlarında var idi, lakin bu səfərin bu gün həyata keçirilməsinə Azərbaycana qarşı dost, tərəfdaş münasibətin daha bir göstəricisi kimi baxırıq"./trend
7News.Az

















