RU
İlham Əliyev əlcəzairli həmkarını təbrik edib
17:27
371

İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

Dövlət başçısı təbrik məktubu ünvanlayıb.

Azərbaycan prezidenti İlham Əliyev əlcəzairli həmkarı Əbdüləziz Buteflikaya təbrik ünvanlayıb.

7news.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığı bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ