Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.
Ali Baş Komandanın sözlərinə görə, müharibə başlayandan indiyədək 252 tank məhv edilib:
"53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib.
Piyadaların döyüş maşınlarının 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb, müxtəlif çaplı toplar - 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb.
Minaatan - 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, tank əleyhinə vasitə - 53-ü məhv edilib, 82 "Qrad” qurğusu məhv edilib, iki "Uraqan”, iki YARS, bir TOS məhv edilib, zenit raket kompleksləri – "TOR” dörd ədəd, "OSA” 40-a yaxın, "KUB” dörd ədəd, KRUQ bir ədəd, "S-125” qurğusu iki ədəd məhv edilib.
"S-300” altısı məhv edilib, bir aşkaretmə stansiyası, bir lokatr, əməliyyat taktiki raket kompleksləri – "Elbrus” ikisi məhv edilib, "Toçka-U” biri məhv edilib, 231 yük avtomobili məhv edilib, onlardan 20-si silah-sursatı ilə bir yerdə, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb, toplam 404 yük avtomobilindən düşmən məhrum edilib”.
7News.Az








