Prezident sərəncam imzaladı.
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
7news.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına görə, Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
7news.Az








