RU
İlham Əliyev generalı işdən çıxardı
14:55
585

İlham Əliyev generalı işdən çıxardı

Prezident İlham Əliyev dekabrın 18-də Asəf Quliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

7news.Az-ın xəbərinə görə, müvafiq sənəd "Nuhçıxan” agentliyinin saytında yerləşdirilib.

Dövlət başçısının digər sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ