RU
İlham Əliyev həmkarını təbrik etdi
19:49
376

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Bhumibol Adulyadeji ölkənin milli bayramı münasibəti ilə təbrik edib.

7news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ