Azərbaycan Prezidenti İlham Əliyev M.N.Nəcəfbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Prezident Həsən Sultan oğlu Zeynalovun Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
“Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılsın”.
***
Prezidentin digər sərəncamı ilə Məmməd Əhmədzadə də vəzifəsindən geri çağırılıb:
“Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
***
İlham Əliyevin daha bir sərəncamı ilə Elxan Qəhrəmanov vəzifədən geri çağırılıb:
“Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycanın Estoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri də vəzifəsindən geri çağırılıb:
“Tofiq Nadir oğlu Zülfüqarov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
***
İlham Əliyevin daha bir sərəncamıı ilə Azərbaycanın Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb:
“Vəhdət Məmmədağa oğlu Sultan-zadə Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
***
İlham Əliyevin növbəti sərəncamı ilə Azərbaycanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb:
“Zakir Arif oğlu Həşimov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
***
Prezidentin daha bir sərəncamı ilə Azərbaycanın Qazaxıstan Respublikasının Aktau şəhərindəki baş konsulu vəzifəsindən geri çağırılıb:
“Rəşad Eynəddin oğlu Məmmədov Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın”.
7news.az








