Prezident İlham Əliyev Tailand kralının vəfatı ilə bağlı bu ölkənin baş naziri general Prayut Çan-o-çaya başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Baş nazir,
Tailandın Kralı Bhumibol Adulyadejin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
7News.az








