RU
İlham Əliyev litvalı həmkarını təbrik etdi
20:39
239

İlham Əliyev litvalı həmkarını təbrik etdi

Dövlət başçısı təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

7news.Az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi və mədəni əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ