RU
İlham Əliyev livanlı həmkarını təbrik edib
18:21
466

İlham Əliyev livanlı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

 

7news.Az-ın məlumatına görə, təbrikdə deyilir: 

`Hörmətli cənab Prezident,
Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm`.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ