RU
İlham Əliyev MDB Dövlət Başçıları Şurasında - YENİLƏNİB + FOTO
16:53
806

İlham Əliyev MDB Dövlət Başçıları Şurasında - YENİLƏNİB + FOTO

Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası olub.

7News.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda prezident Emoməli Rəhmon Tacikistanın sədrliyi dövründə Şuranın fəaliyyəti haqqında məlumat verib.

O, bu iclasın nəticəsi olaraq qəbul ediləcək qərarların Şuranın gələcək fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə edib. Emoməli Rəhmon 2019-cu ildə MDB-yə sədrliyin Türkmənistana keçməsi barədə Şura iclasının qərarını elan edib.

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradov MDB-yə sədrliyin Türkmənistana keçməsi ilə bağlı qəbul edilən qərara verdikləri dəstəyə görə dövlət başçılarına minnətdarlığını bildirib. O, sədrlik dövründə Türkmənistanın MDB məkanında əməkdaşlığın daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. 

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın məhdud tərkibdə iclasında müzakirə olunmuş məsələlər barədə məlumat verib və Şuranın növbəti iclasının 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcəyini diqqətə çatdırıb.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyeko kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış Konvensiyanın müddəaları ilə iclas iştirakçılarını tanış edib.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat verib. Hər iki sənəd yekdilliklə qəbul olunub.

İclasda bəzi prosedur məsələlərə baxılıb.

Sonra dövlət və hökumət başçıları iclasda müzakirə olunmuş bir sıra sənədləri imzalayıblar. 

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.

13:19

Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub.

7News.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda sənədlər imzalanıb.

11:07

Sentyabrın 28-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub.

7News.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Tacikistan Respublikasının prezidenti Emoməli RəhmonAzərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər.

Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon çıxış edərək, ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışıb. Bildirib ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində, demək olar ki, bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb. 

Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub.

Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev gündəlikdəki məsələlər barədə məlumat verib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ