RU
İlham Əliyev milli bayram münasibətilə serbiyalı həmkarını təbrik edib
20:00
505

İlham Əliyev milli bayram münasibətilə serbiyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Tomislav Nikoliçə təbrik məktubu göndərib.

Məktubda dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirir.

Prezident İlham Əliyev bu bayram günündə Serbiya dövlətinin başçısına ən xoş arzularını yetirib, dost Serbiya xalqına sülh və rifah diləyib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ