Görüş keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev Vyanada Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb, 7news.Az RİA Novosti-yə istinadən xəbər verir.
Görüş ATƏT-in Minsk qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin iştirakı ilə keçiriləcək Dağlıq Qarabağ üzrə iclas öncəsi baş tutub.
Qeyd edək ki, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya, Fransa) xarici siyasət idarələrinin rəhbərləri – Con Kerri, Sergey Lavrov və Jan-Mark Eyro ilə görüşü planlaşdırılır.
Vyana görüşünü ATƏT-in Minsk qrupu təşkil edib.
7news.Az








