RU
İlham Əliyev Myanma prezidentini təbrik etdi
20:03
441

İlham Əliyev Myanma prezidentini təbrik etdi

“Əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktubu ünvanlayıb.

7news.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ