RU
İlham Əliyev onun şərəfinə ziyafət verdi -
22:27
459

İlham Əliyev onun şərəfinə ziyafət verdi -

Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zemanın şərəfinə rəsmi ziyafət verilib.

7news.az məlumatına görə, Miloş Zemanı bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu bildirib.

İlham Əliyev investisiya, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə toxunaraq qarşılıqlı səfərlərin, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin buna daha da təkan verəcəyini bildirib.

Miloş Zeman Prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini və bu səfərin uğurla keçdiyini diqqətə çatdırıb.

7news.az

 

 
        

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ