RU
İlham Əliyev Pak Kın Heyə başsağlığı verdi
17:16
304

İlham Əliyev Pak Kın Heyə başsağlığı verdi

“Bu xəbər məni kədərləndirdi”.

Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə başsağlığı verib.

Başsağlığında deyilir:

“Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ