RU
İlham Əliyev: Qvineya-Bisau ilə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaranır
17:13
184

İlham Əliyev: Qvineya-Bisau ilə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaranır

Azərbaycan və Qvineya-Bisau arasında iqtisadi sahədə konkret layihələr, investisiya imkanlarının müəyyən edilməsi barədə razılıq əldə olunub.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, tərəflər ümumi məxrəcə gəlib çıxacaqlar:

"Biz, hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab Prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ