RU
İlham Əliyev San-Marinonun Kapitan-Regentlərini təbrik edib
15:50
728

İlham Əliyev San-Marinonun Kapitan-Regentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Zati-aliləri xanım Mimma Zavoliyə və xanım Vanessa D’Ambrosioya təbrik məktubu göndərib.

7news.Az xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ