RU
İlham Əliyev Şirinov qardaşlarını təltif etdi
13:02
465

İlham Əliyev Şirinov qardaşlarını təltif etdi

Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov "İgidliyə görə” medalı ilə təltif ediliblər.

7News.Az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncamı fevralın 1-də prezident İlham Əliyev imzalayıb.

Umudov qardaşları həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə mükafatlandırılıblar.

Xatırladaq ki, hadisə yanvarın 19-da Ukraynanın Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ