RU
İlham Əliyev Şirvan şəhərinə pul ayırıb
20:00
1877

İlham Əliyev Şirvan şəhərinə pul ayırıb

Dövlət başçısı sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

7news.Az-ın məlumatına görə, Şirvan şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin aparılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 1,2 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400 min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800 min manat ayrılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ