RU
İlham Əliyev Şuşada məktəb tikintisinə vəsait ayırdı - SƏRƏNCAM
19:21
5245

İlham Əliyev Şuşada məktəb tikintisinə vəsait ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 


Sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılır. 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ