“Dost Paraqvay xalqına sülh və rifah diləyirəm”.
Azərbaycan prezidenti İlham Əliyev paraqvaylı həmkarı Horasio Kartesiölkəsinin milli bayramı münasibətilə təbrik edib.
7news.Az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:
“Paraqvay respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Paraqvay xalqına sülh və rifah diləyirəm”.
7news.Az








