“Sülh və tərəqqi arzulayıram”.
Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının PrezidentiDanilo Medinaya ölkənin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.
7news.Az-ın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.
7news.Az








