Avqustun 7-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Bu barədə 7news.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
12:34
Azərbaycanda səfərdə olan İran Prezidenti Həsən Rühani İlə İlham Əliyev arasında görüş keçirilib.
Bu barədə məlumat 7news.Az-a dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.








