RU
İlham Əliyev və Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib
12:51
256

İlham Əliyev və Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndəriblər.

7News.Az xəbər verir ki, əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub.

O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ