RU
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
12:11
868

İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi

“Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edir”.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonu qəbul edib.

7news.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı.

Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edildi.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ