RU
İlham Əliyev Volfqanq Büxele ilə görüşdü
20:15
179

İlham Əliyev Volfqanq Büxele ilə görüşdü

Əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan və Almaniya iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ