RU
İlham Əliyev xanım həmkarı ilə görüşüb
17:28
604

İlham Əliyev xanım həmkarı ilə görüşüb

Prezident İlham Əliyev Londonda “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

7News.Az AzerTac-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ