RU
İlham Əliyev yeni məhkəmə sədrləri təyin etdi
20:02
569

İlham Əliyev yeni məhkəmə sədrləri təyin etdi

Dövlət başçısı müvafiq sərəncamlar imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev Ali Məhkəmənin kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

7news.az-ın məlumatına görə, sərəncama əsasən, Ali Məhkəmənin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilib:

Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri

Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri

Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri

Dövlət başçısının digər sərəncamına əsasən aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilib:

Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri

Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri

Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri

Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri

Daha bir sərəncam ilə Prezident İlham Əliyev Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edib.

7bnews.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ