RU
İlham Əliyev yeni səfir təyin etdi
09:49
1561

İlham Əliyev yeni səfir təyin etdi

Prezident sərəncam imzaladı.

Cavanşir Əşrəf oğlu Axundov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

7News.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə C. Axundov Azərbaycanın İrandakı səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ