RU
İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi — FOTO + YENİLƏNİB
17:24
524

İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi — FOTO + YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

7news.Az-ın məlumatına görə, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçib.
 
N. Kanellos etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
 
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
 
Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edilib.
 

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

7news.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ