RU
İlham Əliyevdən pambıqçılığa dəstək
18:30
546

İlham Əliyevdən pambıqçılığa dəstək

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

7news.Az xəbər verir ki, sərəncamda deyilir:

"1. Müəyyən edilsin ki:

1.1. emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulur;

1.2. bu Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etsin”.
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ