Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.
Ali mükafat Prezident İlham Əliyevə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Təltiflə bağlı qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar.
"Bu ordeni aldığım üçün qürur duyuram, çox xoşbəxtəm, eyni zamanda bu mükafat üzərimə böyük məsuliyyət qoyur”, - dövlət başçısı Zirvə Toplantısında çıxışı zamanı deyib.
7News.Az








